MOİK-dən uğurlu çıxış

MOİK-dən uğurlu çıxış
Paytaxtımızda Bakı İdman Sarayında birinci Türk Şurası Universitet İdman Oyunları (Türk Universiadası) keçirilib.

Sport7.az xəbər verir ki, aprelin 6-da baş tutuan açılış mərasimində tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Türk Şurasının baş katibi Ramil Həsənov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin deputatları, diplomatlar, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində türk xalqlarının tarixi, mədəniyyəti, adət-ənənələri, dahi şəxsiyyətləri barədə məlumat verilib. Azərbaycanın milli musiqi alətləri və xalq rəqslərinin müşayiəti ilə davam edən mərasim zamanı respublikamızın görməli yerləri nümayiş etdirilib.

Turnirdə Azərbaycan ilə yanaşı, Türkiyə, Qazaxıstan və Qırğızıstan idmançıları 7 idman növü – futzal, voleybol, şahmat, stolüstü tennis, cüdo, sərbəst güləş və yunan-Roma güləşi üzrə yarışıblar.

Universiadada MOİK idmançıları uğurlu çıxışları ilə yadda qalıblar. Belə ki, yunan - roma güləşi üzrə yarışlarda Kərim Cəfərov (66 kq), Sənan Sülüymanov (72 kq) və İslam Abbasov (87 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar. Elton Vəzirzadə 82 kq, Turmən Eyyubov isə 97 kq çəki dərəcəsində yalnız finalda uduzmaq 2-ci yerin sahibi olublar.

Sərbast guləşçi Qalib Əliyev 66 kq çəki dərəcəsində yenə rəqib tanımayıb və qızıl medal qazanıb.

Cüdo idman növündə isə təmsilçimiz İlkin Babazadə (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq himnimizi səsləndirib.
 
Sport7.az

Xəbər lenti