MOK tərəfdaşları ilə

MOK tərəfdaşları ilə "Tokio 2020"yə dair memorandum imzaladı

28 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və tərəfdaşları arasında "Tokyo2020" Olimpiya və Paralimpiya Oyunları çərçivəsində əməkdaşlığa dair memorandumların imzalanma mərasimi keçirildi.
 
Sport7.az xəbər verir ki, əməkdaşlığa dair memorandumları Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, "Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətin prezidenti Vahid Mürsəliyev, "Toyota Qafqaz MMC"nin direktoru Rəşad Saracov və "GO Sport” brendinin rəsmi təmsilçisi – "Blue Planet Distribution MMC" nin direktoru Səbinə Qazı-zadə imzalayıblar.
 
Tədbirdə həmçinin dövlət və hökumət nümayəndələri, respublikanın idman ictimaiyyətinin tanınmış simaları, tərəfdaşlar və media mənsubları iştirak edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR