“Molde”nin baş məşqçisindən hiyləgər açıqlama

“Molde”nin baş məşqçisindən hiyləgər açıqlama

"Oyunumuzun neytral meydanda təşkil ediləcəyinə ümidvaram. O halda biz bərabər şərtlər altında olacağıq".
 
Sport7.az "Report”a istinadla xəbər verir ki, bu sözləri Norveç "Molde"sinin baş məşqçisi Erlinq Moe "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunu barədə danışarkən deyib. 50 yaşlı mütəxəssis neytral meydanda oynamalarının komandası üçün müsbət hal olacağını bildirib: "İstənilən halda, rəqib meydanında oynamamaq böyük üstünlükdür".
 
Qeyd edək ki, püşkə əsasən, "Qarabağ" - "Molde" matçı sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməlidir. Lakin "Molde" rəhbərliyi Norveçdə Şengen zonası ölkələrindən qayıtdıqdan sonra 10 günlük karantinə alınma qaydasının tətbiq olunacağını əsas gətirərək, matçın neytral ölkədə təşkilini təklif edib. "Qarabağ" klubu bununla razılaşmayıb. Yekun qərarı UEFA verəcək.  

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR