Monako Qran-prisi ləğv edildi

Monako Qran-prisi ləğv edildi

"Formula 1" üzrə Monako 1954-cü ildən bəri ilk dəfə keçirilməyəcək. 
 
Sport7.az xəbər verir ki, bu haqda "Formula 1"in rəsmi saytında məlumat yer alıb. Monako Avtomobil Klubu koronavirus pandemiyasına görə yarışın ləğv olunduğunu elan edib. Əvvəl yarışın təxirə salındığı bildirilsə də, sonradan ümumiyyətlə ləğv olunması qərarına gəlinib. 
 
"Formula 1" rəhbərliyi Niderland, İspaniya və Monako Qran-prilərinin də məlum səbəbdən qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb.
 
Bununla da dünya çempionatının 5 - 7 iyunda keçiriləcək Azərbaycan Qran-prisindən tez başlamayacağı müəyyənləşib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR