"Monako"nun yeni baş məşqçisi Klod Püel ola bilər

Leonardu Jardimi "Monako"nun baş məşqçisi postunda Klod Püel əvəzləyə bilər.

Püelin son iş yeri "Lester" olub. O, bu ilin fevralında "tülkülər"lə yollarını ayırıb.

Püel 1999-2001-ci illər aralığında "Monako"nu çalışdırıb və 2000-ci ildə komandaya ölkə çempionluğunu qazandırıb. Knyazlıq klubu həftə sonu "Reyms"lə oynanılacaq matçda xal itirəcəyi təqdirdə, 58 yaşlı mütəxəssisin təyinatının reallaşacağı bildirilir.

5 turdan sonra aktivində 2 xalı olan "Monako" Fransa Liqa 1-də 19-cu pillədə qərarlaşıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR