Monreal (ATP): Nadal yoluna davam edir, yarımfinalda Rusiya dueli olacaq

Monreal (ATP): Nadal yoluna davam edir, yarımfinalda Rusiya dueli olacaq

Monrealda keçirilən "Masters" turnirində yarımfinalçılar müəyyənləşib.

Birinci setdə məğlub olmasına baxmayaraq, geridönüş edən Rafael Nadal Fabio Foninini mübarizədən kənarlaşdırıb. Daniil Medvedyev ilk dəfə hard kortda top-10-da qərarlaşan tennisçilərdən birinə qalib gəlib. Rus tennisi Dominik Timdən güclü olub. Onun yarımfinaldakı rəqibi həmyerlisi, Aleksandr Zverevə set verməyən Karen Xaçanov olacaq.

Qael Monfis - Roberto Bautista-Aqut görüşü bu günə təxirə salınıb.


Coupe Rogers (Masters 1000)

Monreal, Kanada

1/4 final

Daniil Medvedyev (Rusiya) - Dominik Tim (Avstriya) - 2:0 (6:3, 6:1)

Karen Xaçanov (Rusiya) - Aleksandr Zverev (Almaniya) - 2:0 (6:3, 6:3)

Rafael Nadal (İspaniya) - Fabio Fonini (İtaliya) - 2:1 (2:6, 6:1, 6:2)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR