Morata

Morata "Yuventus"a qayıtdı

"Yuventus" İspaniya "Atletiko"sunun futbolçusu Alvaro Moratanı icarəyə götürüb. 

Sport7.az xəbər verir ki, bu haqda Turin təmsilçisinin rəsmi saytında məlumat yer alıb. 27 yaşlı hücumçu ilə bir illik müqavilə bağlanılıb. Anlaşma sonradan daha bir il uzadıla bilər. 

Bu icarə "Qoca Sinyora"ya 9 milyon avroya başa gəlib. 

Morata 2014 - 2016-cı illərdə də "Yuventus"da çıxış edib. İspaniyalı forvard "Atletiko"ya 2019-cu ilin yanvarında İngiltərənin "Çelsi" klubundan icarə əsasında 7 milyon avroya keçib. 2020-ci ilin yayında isə Madrid təmsilçisi təcrübəli forvardı 56 milyon avroya alıb. 

Ötən mövsüm Morata İspaniya La Liqasında 34 oyuna 12 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun "Atletiko" ilə müqaviləsi 2023-cü ilin yayınadəkdir.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR