Mostovoy Rusiyanı qarışdırdı: “Biz nə uğur qazanmışıq ki?!”

Mostovoy Rusiyanı qarışdırdı: “Biz nə uğur qazanmışıq ki?!”
Rusiya millisinin keçmiş üzvü Aleksandr Mostovoy dünya çempionatı barədə fikirlərini bölüşüb.

Sport7.az xəbər verir ki, Mostovoy Rusyanın xüsisi hansısa uğur qazanmadığını deyib.

Sitat: "Biz nə uğur qazanmışıq? Qrupumuzda iki ortababı məğlub etdik və qrupdan çıxdıq. Uruqvaya məğlubiyyət heç nəyi həll etmirdi, amma 0:3 hesabıyla uduzmaq çox ağırdı.

Heç kim inkar edə bilməz ki, biz İspaniyanı möcüzə sayəsində keçmişik. Qarşımıza çox güclü Xorvatiya çıxdı və bizim üçün hər şey bitdi.

Ajiotaj yaradan odu ki, biz evimizdə oynayırdıq və azarkeşlərin futbola marağı artmışdı. Yeganə sevindirici məqam budur”.

Qeyd edək ki, Mostovoyun bu sözləri Rusiyada böyük narazılıqla qarşılanıb.

Sport7.az
 
 

Xəbər lenti