Mourinyo dəliyə döndü... Onu Sarri sakitləşdirdi - FOTOLAR

Mourinyo dəliyə döndü... Onu Sarri sakitləşdirdi - FOTOLAR
İngiltərə Premyer Liqasının IX turunda "Çelsi" "Mançester Yunayted"i 90+6-cı dəqiqədə Barkleyin vurduğu qolla 3:2 hesabı ilə məğlub edib. 

Sport7.az xəbər verir ki, son dəqiqədə vurulan qola sevinən "Çelsi"nin məşqçisi Marko İanni Mourinyonun önündə sevincini qeyd edib. 

 


Buna əsəbləşən Joze rəqib komandanın ehtiyat skamyasına hücum edib. Lakin araya girən "Çelsi"nin baş məşqçisi Maurisio Sarri portuqaliyalı mütəxəssisi sakitləşdirməyə müvəffəq olub. 
 


Digər tərəfdən isə, məğlubiyyətə qəzəblənən azarkeşlər Mourinyonun ünvanın a təhqiramiz ifadələr səsləndiriblər. Bu an Joze əli ilə 3 rəqəmini göstərərək, bu meydanda 3 dəfə Premyer Liqa çempionu olduğunu yada salıb. 
 


Oyundan sonra jurnalistlər önünə çıxan Joze Mourinyo "Matçdan sonra İanni məndən üzr istədi. Onun yaşlarında mən də belə səhvlər buraxırdım" deyib. 

Qeyd edək ki, 9 turdan sonra 23 xalı olan "Mançester Yunayted" turnir cədvəlində ilk pillədə qərarlaşıb. 
 
Sport7.az

Xəbər lenti