Mourinyo medalını azarkeşə verdi - VİDEO

Mourinyo medalını azarkeşə verdi - VİDEO
"Mançester Yunayted” komandasının baş məşqçisi Joze Mourinyo UEFA Superkuboku uğrunda oyunda İspaniya təmsilçisi "Real"a məğlubiyyətdən sonra ona təqdim edilən medalı hədiyyə verib. 

Sport7.az xəbər verir ki, portuqaliyalı mütəxəssis mükafatlandırma mərasimi zamanı tribunaya yaxınlaşaraq, medalını "Mançester Yunayted”in azyaşlı azarkeşinə verib. 

O, matçdan sonra təşkil edilən mətbuat konfransında mükafatların onun üçün heç bir əhəmiyyət kəsb etmədiyimi bildirib.

Qeyd edək ki, "Mançester Yunayted” Makedoniyanın paytaxtı Skopyedə baş tutan qarşılaşmada "Real Madrid”ə 1:2 hesabı ilə uduzub.
 

 
Sport7.az

Xəbər lenti