Mourinyo təslim olmaq niyyətində deyil

Mourinyo təslim olmaq niyyətində deyil
Səfərdə "Vest Bromviç"i 2:1 hesablı məğlubiyyətə uğradan "Mançester Yunayted" əsas rəqibi, yəni turnir cədvəlinin ilk pilləsində qərar tutan "Mançester Siti"dən 11 xal geridədi.
 
Sport7.az xəbər verir ki, böyük xal fərqinin olmasına baxmayaraq "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo təslim olmaq fikrində deyil. Oyundan sonra portuqliyalı məşqçisi "Old Trafford"da "Uotford"la son matçımıza qədər meydana qələbə üçün çıxacağıq. Tətiə çıxmaq istəmirik. Son ana qədər oynamaq fikrindəyik" sözlərini şlədib.
 
Mourinyo "şəhərlilər"lə oyunda qol vuran Romelu Lukakunun sevinməməsini də şərh edib. Mütəxəssis "Bəlkə də sabiq komandasına qol vurduğu üçün bunu qeyd etmək istəməyib. Ya da kənarda mənimlə göz-gözə gəldiyində, sevinmədiyimi görüb reaksiya verməyib" deyib.
 
Sport7.az

Xəbər lenti