Mourinyonun adı küçəyə verildi

Mourinyonun adı küçəyə verildi
"Mançester Yunyated"in baş məşqçisi Joze Mourinyonun adı doğulduğu Setubal şəhərində bir küçəyə verilib.

Sport7.az xəbər verir ki, Setubalda sahil boyu uzanan "Rua da Saude" adlı küçənin yeni adı "Avenida Joze Mourinyo" olub. 

Bu səbəbdən təşkil oluanan mərasimdə Setubalın rəhbəri Maria das Dores Meyra ilə birlikdə yer alan təcrübəli mütəxəssis "Məni qürurlandıran və duyğulandıran bir addımdı. Joze Mourinyo küçəsi... Setubalda... Mənim üçün gözəl gündü" sözlərini söyləyib. 

"Mançester Yunayted"də çalışan və Londonda da evi olan Mourinyo hər il Setubala gəlir. Məşqçi "Setubala gəlməyə davam edəcəm. Bura gəlirəm, çünki Setubalı sevirəm... Bura gəlirəm, çünki anam burdadı... Bura gəlirəm, çünki özümü atama yaxın hiss edirəm... Bura gəlirəm, çünki həyat yoldaşım burda doğulmamış olsa belə, şəhəri bir setuballı kimi sevir... Övladlarım burda yaşamayıb, sadəcə ziyarət üçün gəlsələr belə, bəlkə də Setubalı məndən də çox sevirlər... Bura gəlirəm, çünki Setubalda insanlar mənə "Ze" ("Joze" sözünün qısaldılmışı) deyir və "Özəl biri" (Special one) ləqəbim burda keçmir" ifadələrini işlədib.

Sport7.az

Xəbər lenti