Mourinyu alman dilini öyrənir

Mourinyu alman dilini öyrənir

Joze Mourinyu alman dilini öyrənməyə çalışdığını bildirib.

"Futbol üçün çox darıxıram. Adrenalinim çatışmır. Meydançadan, işimdən uzağam.

Hazırda alman dilini öyrənirəm. Bundesliqa ehtimalı? Sadəcə, bilmədiyim üçün alman dilini öyrənirəm. İngilis, ispan, portuqal, fransız və italyan dillərində danışa bilirəm. Digər variantlar kimi, Almaniya ehtimalını da istisna etmirəm", - deyə portuqaliyalı mütəxəssis bildirib.

Qeyd edək ki, Joze Mourinyu 2018-ci ilin dekabrından bəri işsizdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR