Mourinyu qayıdış vaxtını açıqladı

Mourinyu qayıdış vaxtını açıqladı

"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyu karyerasını bərpa edəcəyi vaxtı açıqlayıb.

Portuqaliyalı mütəxəssis yaydan etibarən yeni klub çalışdırmaq istədiyini bildirib:

"Bəzi keyfiyyətlərə sahibəm. Onlardan biri də başqa klublara və onların idarəetməsinə hörmətlə yanaşmaqdan ibarətdi. "Hansısa klub məni istəyib, mənimlə əlaqə yaradıblar..." - heç vaxt belə danışmamışam.

Dekabrda "Mançester Yunayted"dən ayrılanda artıq yaydan etibarən çalışmağa başlamağı planlaşdırırdım. Ümid edirəm, iyul ayından etibarən bəyəndiyim layihələrdən birinin başında olacam".

Qeyd edək ki, Mourinyu dekabr ayından bəri işsizdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR