Mourinyu:

Mourinyu: "Tottenhem" Premyer Liqada 7-8-ci sıralarda olmamalıdı"

"Tottenhem"in baş məşqçisi Joze Mourinyu İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində "Vulverhempton"la oynanılacaq matç ərəfəsində media nümayəndələrinin qarşısına çıxıb.

Portuqaliyalı mütəxəssis turnir cədvəlindəki mövqelərini yaxşılaşdırmalı olduqlarını deyib:

"Harada olmalı olduğumuzu bilirik. Təbii ki, turnir cədvəlinin "ikinci onluğ"u bizim yerimiz deyil. İndiki kimi, 7-8-ci sıralarda olmamalıyıq. Gücümüzə bələdik və mövsümün sonunda layiq olduğumuz pillələrdə qərarlaşacağımızı düşünürük.

Bir az zamana ehtiyacımız var. Bir neçə aspekt üzrə oyunumuzu inkişaf etdirə bilərik. Bunun üçün istedada və istəyə sahibik.

Üç ildi ki, eyni məşqçinin rəhbərliyi altında çıxış edən komanda ilə qarşılaşacağıq. Onlar artıq ideyalarını mükəmməl şəkildə həyata keçirirlər. Bizi çox çətin matç gözləyir. Amma eynisi onlara da aiddi".

16 turdan sonra aktivində 23 xal olan "Tottenhem" hazırda Premyer Liqada 7-cidi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR