Mourinyu:

Mourinyu: "Tottenhem"in qapıları həmişə Poçettinonun üzünə açıqdı"

"Tottenhem"in baş məşqçisi Joze Mourinyu ilk mətbuat konfransı zamanı komandanın sabiq çalışdırıcısı Maurisio Poçettinoya təşəkkür edib:

"İlk növbədə Maurisioya təşəkkür etmək istəyirəm. Eyni zamanda, bu barədə danışmaq mənim üçün kədərlidi. Burada gördüyü işlərə görə onu təbrik etmək istəyərdim. Bu klub həmişə onun evi olaraq qalacaq. Məşq meydançası həmişə onun bazası olacaq, istədiyi vaxt gələ bilər.

Qapılar həmişə onun üzünə açıqdı. Öz təcrübəmdən deyə bilərəm ki, sabah artıq yeni gün başlayacaq və o, başqa bir yerdə xoşbəxtliyinə qovuşacaq. Poçettino özünə yeni komanda tapacaq. Onu irəlidə böyük gələcək gözləyir".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR