Mourinyu

Mourinyu "Yuventus"u çalışdırmaq istəmir

Joze Mourinyu "Yuventus"u çalışdırmaq niyyətində deyil.

"Sky Sports"un məlumatına görə, portuqaliyalı mütəxəssis "İnter"lə xüsusi münasibətləri səbəbindən Turin klubunda işləməyi planlaşdırmır. O, 2008-2010-cu illərdə Milan təmsilçisində işləyib və Çempionlar Liqasının qalibi olub.

Mourinyunun Kriştianu Ronaldu ilə yaxşı münasibətləri var və ulduz futbolçu onu "Yuventus"da görmək istəyir. 56 yaşlı mütəxəssis KR ilə işbirliyinin əleyhinə olmasa da, Turin klubunu özü üçün alternativ hesab etmir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR