Mourinyudan

Mourinyudan "Tottenhem" oyunçularına: "Sizin həm atanız, həm dostunuz, həm də sevgiliniz olacam"

"Tottenhem"in yeni baş məşqçisi Joze Mourinyu işinin icrasına başlayıb.

Mourinyu komanda ilə danışıb və oyunçuların suallarını cavablandırıb. Portuqaliyalı mütəxəssis futbolçularla söhbəti zamanı deyib: "Mən sizin həm atanız, həm dostunuz, həm də sevgiliniz olacam".

Mourinyu Uqo Lyoris, Harri Keyn, Tobi Alderveyreld, Harri Uinks, Dele Alli, Erik Dayer və Kristian Eriksenlə fərdi qaydada görüşüb.

Qeyd edək ki, 56 yaşlı çalışdırıcının müqaviləsi 2022-23 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR