MPK-nın İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşdi

MPK-nın İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşdi

21 fevral 2020-ci il tarixində Milli Olimpiya Komitəsinin binasında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Ümimi yığıncağı keçirilib.
 
Sport7.az xəbər verir ki, toplantıda aşağıdakı məsələlər müzakirə edilmişdir:

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar görülən işlər

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nizamnaməsində dəyişikliklərin təsdiq olunması

Təşkilatı məsələlər:

Gündəlikdə olan birinci məsələ ilə əlaqədar Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov çıxış edərək 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar ARMPK-sı tərəfindən görülən işlər haqqında geniş məlumat vermişdir.
Milli Paralimpiya Komitəsinin Nizamnaməsində əlavə və dəyişikliklər edilməsi barədə, MPK-nın maliyyə-təssərüfat şöbəsinin müdiri Afər Məhərrəmov məlumat verərək bildirmişdir ki, Nizamnamədə Beynəlxalq Paralimpiya Komitəsinin tələbləri nəzərə alınaraq dəyişiklik və əlavələr edilmişdir. Müzakirələrin yekunu olaraq MPK-nin Nizamnaməsinin təsdiq edilməsi barədə qərar qəbul olunmuşdur.

Yığıncaqda təşkilati məsələlərə də baxılmışdır. MPK-nin üzvlərinin səsverməsi nəticəsində MPK-nin birinci vitse-prezidenti Natiq Qasımov vəzifədən azad edilmiş, Yaşar Hacıyev isə vitse-prezident vəzifəsinə, MPK-nin İcraiyyə Komitəsi isə aşağıdakı tərkibdə seçilmişdir.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin
 
İcraiyyə Komitəsinin üzvləri

1. Rəhimov İlqar Elxan oğlu - ARMPK-nin prezidenti, İcraiyyə komitəsinin sədri
2. Zəkiyev İlham Əizağa oğlu - ARMPK-nin vitse prezidenti
3. Hacıyev Yaşar Fərəc oğlu - ARMPK-nin vitse prezidenti Sumqayıt Paralimpiya İdman Kompleksinin direktoru
4. Məmmədov Kamal Cabir oğlu - ARMPK-nin baş katibi
5. Sultanova Afaq Vaqif qızı - Cüdo üzrə Paralimpiya çempionu
6. Kərimova Vüsalə Akif qızı- Əlil İdmançılara dəstək” İB-nin baş katibi, Əlil arabasında idman rəqsi, idmançı
7. Sadıxov Sadıx Asəf oğlu -"Neftçi” İC-in icraçı direktoru
8. Məmmədov Aydın Ağa əli oğlu - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sector müdiri
9. Abdullayev Səmyar Abdulla oğlu - Gözdən Əlillər Cəmiyyətinin prezidenti,
10. Kərimov Mehman Bayram oğlu - Milli Olimpiya Komitəsinin şöbə müdiri
11. Abbasova Səlhət Manaf qızı - Milli Olimpiya Komitəsinin
12. Ədalətli Oyunlar Komissiyasının məsul katibi
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR