Mörrey Monika Puiqlə yollarını ayırdı və yenidən Sloun Stivensin məşqçisi oldu

Mörrey Monika Puiqlə yollarını ayırdı və yenidən Sloun Stivensin məşqçisi oldu

Kamau Mörrey Monika Puiqlə əməkdaşlığa son qoyub. O, yenidən Sloun Stivensin məşqçisi olacaq.

"Yenidən Kamau ilə birlikdə çalışacağım üçün xoşbəxtəm. Səbirsizliklə "US Open"i və növbəti həftələri gözləyirəm", - deyə Stivens qeyd edib.

Bazar ertəsi amerikalı tennisçi Sven Qrenefeldlə yollarını ayırmışdı.

Puiq Kamaunun ayrılıq qərarını təəccüblə qarşılayıb:

"Ötən həftənin sonu Kamau mənimlə birlikdə Nyu-Yorka yollanmayacağını dedi. Heç səbəb də göstərmədi. Bu, mənim üçün gözlənilməz qərar oldu".

Puiq "US Open"də Novak Cokoviçin sabiq sparrinq-partnyoru Duşan Vemiçlə çalışacaq.

Qeyd edək ki, Sloun Stivens Kamau Mörreyin rəhbərliyi altında 2017-ci ildə "US Open"in qalibi olmuşdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR