Muarem Muaremin yeni klubu bəlli oldu

Muarem Muaremin yeni klubu bəlli oldu

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muaremin yeni klubu bəlli olub. Sport7.az xəbər verir ki, makedoniyalı yarımmüdafiəçisi karyerasını yenidən Türkiyədə davam etdirəcək.

Amma bu dəfə PTT 1-ci Liqasında. O, "Yeni Malatyaspor"la anlaşıb. 27 yaşlı futbolçu komandaya qış təlim-məşq toplanışı zamanı qoşulacaq. Məlumatı klubun baş məşqçisi İrfan Buz da təsdiqləyib.

Qeyd edək ki, Muaremin sonuncu klubu "Əskişəhərspor" olub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR