"Müdafiə xətti son dəqiqələrdə səhv etdi" - Ayxan Abbasov

"Oyunun çətin olacağını bilirdik. Sevindirici haldı ki, ilk dövrədə məğlub olmadıq”.
 
Sport7.az xəbər verir ki, bu sözləri "Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.
 
Azərbaycan Premyer Liqasının 7-ci turunda "Qarabağ”la qarşılaşan qəsəbə klubu oyundan 0:0 hesablı bərabərliklə ayrılıb.
 
Matçdan sonra təşkil olunan mətbuat konfransında sualları cavablandıran Abbasov fikirlərini bölüşüb: "Bu gün futbolçular taktiki baxımdan tapşırıqları yerinə yetirdilər. Müdafiə xətti yalnız son dəqiqələrdə səhv etdi. Ümumi götürəndə isə bu gün xal qazanmağımızı arxa xəttin inamlı çıxışına borcluyuq. Ancaq komandada çatışmazlıqlar var. Yaranmış fasilədə bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.
 
- Komanda artıq 8 oyundu "Qarabağ”a qol vura bilmir. Bunun səbəbi nədi?
 
- Bunun səbəbi əlbəttə ki "Qarabağ”ın güclü olmasıdı.
 
- Komandanın avrokuboklarda çıxış etməsi çempionatdakı çıxışına yaxşı mənada təsir etdi?
 
- Əlbəttə, gənc komandamız var. Avrokuboklarda çıxış etməyimiz bizim üçün yaxşı təcrübə oldu. (apasport)
 
Sport7.az

Xəbər lenti