Müğənni sevgilisinə görə klub dəyişdirdi? - İDDİA

Müğənni sevgilisinə görə klub dəyişdirdi? - İDDİA
"Burnley"dən "Watford"a sürpriz şəkildə keçən Andre Qrayın transferində müğənni sevgilisinin rolu olduğu iddia olunur. 

Sport7.az xəbər verir ki, futbolçu "Little Mix" qrupunun üzvü Leingh Anne Pinnock ilə eşq yaşayır. 

İddialara görə, "Burnley"in baş məşqçisinin Pinnockun tanınmış biri olması və çox diqqət çəkdiyinə görə "directors box"a girişinə qadağa qoyub. 

Lakin bu deyilənlərin nə dərəcədə gerçək olduğu bilinmir. 

Qeyd edək ki, ingilis futbolçu "Watford"a 18,5 milyon avro qarşılığında keçib. 
 




Sport7.az

Xəbər lenti