Müller İnzaqini keçdi,

Müller İnzaqini keçdi, "ilk 10-luğ"a düşdü

"Bavariya”nın futbolçusu Tomas Müller Çempionlar Liqasının 10 ən yaxşı bombardiri siyahısına daxil olub.

Sport7.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi qrup mərhələsinin V turu çərçivəsində baş tutan "Atletiko” ilə matçda (1:1) sözügedən turnirdəki 47-ci qolunu vurub.

Turnirin tarixində 10-cu sıraya yüksələn Müller Filippo İnzaqini arxada qoyub. Almaniyalının 8-ci sıraya şərik olan Zlatan İbrahimoviçlə Andrey Şevçenkoya çatması üçün daha bir qol vurması lazımdır.

Çempionlar Liqasının ən yaxşı bombardiri Kriştiano Ronaldonun hesabında 131 qol var.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR