Müller zirzəmidə yaşayırmış

Müller zirzəmidə yaşayırmış

Almaniya millisinin və "Bavariya”nın futbolçusu Tomas Müllerin koronavirusla bağlı karantini necə keçirdiyi bəlli olub.

Sport7.az xəbər verir ki, bunu təcrübəli oyunçunun özü açıqlayıb. O bildirib ki, iki həftəlik karantin dövrünü öz evinin zirzəmisində məskunlaşıb. O, bu addımı həyat yoldaşını yoluxdurmamaq üçün edib: "Bəli, mən zirzəmidə yaşayırdım. Heç kimlə hər hansı bir təmasım yox idi. Bəxtim gətirdi ki, məndə bu xəstəliyin yüngül simptomları oldu”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR