Mundialın 10 iştirakçısı artıq rəsmiləşib

Mundialın 10 iştirakçısı artıq rəsmiləşib
Dünən keçirilən oyunlardan sonra futbol üzrə dünya çempionatında iştirak etmək hüququnu rəsmən qazanan ölkələrin sayı 10-a çatıb.
 
Sport7.azxəbər verir ki, millimizin yer aldığı C qrupunda Almaniya millisi artıq əlçatmazdır. 27 xal toplayan almanlar qrup birincisi kimi Rusiyada keçiriləcək mundiala vəsiqə qazanıblar.
 
Sloveniyanı son dəqiqə qolu ilə yenən İngiltərə də dünya çempionatında iştirakı təmin edib.
 
Xatırladaq ki, təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Belçika yığmaları bu hüquqa yiyələnmişdi.
 
Sport7.az
 

Xəbər lenti