Türkiyə Super Liqasında çıxış edən "Ankaragücü" klubu baş məşqçisi Fuat Çapa ilə yollarını ayırıb.
Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. 52 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Klub rəhbərliyi Superliqanın IX turunda səfərdə "Göztepe"yə 1:3 hesabı ilə uduzduqları görüşdən sonra belə bir qərar qəbul edib.
Çapa "Ankaragücü"yə bu il sentyabrın əvvəlində baş məşqçi təyin edilmişdi. Komanda hazırda 7 oyundan sonra 2 xalla sonuncu pillədə qərarlaşıb.
Sport7.az