Mürşüdov da qızıl medala yiyələndi

Mürşüdov da qızıl medala yiyələndi

İyul ayının 27-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start verilib.
 
Sport7.az yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.

Yaşı 15-ə qədər olan oğlanlarda çəkisi 55 kq-a qədər olan atletlər mübarizəsi maraqlı alınıb. Toplam 166 kq (72+94) nəticə ilə Elgün Mürşüdov qızıl medala layiq görülüb. Gümüş medal toplam 165 kq (77+88) nəticə ilə Heydər Yusifov, bürünc isə toplam 153 kq (70+83) nəticə ilə Ravil Nəbiyevə qismət olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR