Musayev: "Sürət və güc baxımından "Arsenal"a uduzuruq"

Musayev:
Azərbaycanın tanınmış seleksiyaçı-məşqçisi Bəxtiyar Musayev bu gün baş tutacaq "Qarabağ" - "Arsenal" matçı ilə balı fikirlərini bölüşüb.

Bəxtiyar bəy Sport7.az-a açıqlamasında şansları belə dəyərləndirib: "Bilirsiz ki, səviyyə fərqi həddindən artıq böyükdü. Düzdü keçən il "Qarabağ" "Atletiko", "Roma" kimi komandalarla oynadı. "Arsenal"la da oynamağa qadirdi. Bizdə çempionatın səviyyəsi də aşağı düşüb. Nəyə ümid edə bilərik? "Qarabağ"da oyun var. Komananda oyununun hesabına rəqiblərlə normaş şəkildə futbol sərgiləyə bilir. Sürət və güc baxımından təbii ki, "Arsenal"a uduzuruq. Onlar həmişə maraqlı futbol oynayıb. Biz də istərdik ki, komandamız gözəl futbol oynasın və azarkeşlərimizi sevindirsin. Səviyyə fərqi böyükdü.

Ötən oyun "Arsenal"a qol vurublarsa, bu o demək deyil ki, hər dəfə buraxacaqlar. Özü də onlar 4:0-dan sonra 2 qol buraxıblar. Yəqin ki, futbolçularda boşalmalar olub, boşluqlar buraxıblar. Könü istər ki, "Qarabağ" bir neçə qol vursun. Amma ötən oyunla müqayisə etməməliyik ki, qol buraxacaqlar. "Qarabağ"ın öz oyun üslubu var. Getdikcə təcrübə toplayırlar. Səviyyə fərqi böyük olsa da, komanda keçən il təcrübə sayəsində nəsə etməyin mümkünlüyünü göstərdi.

"Arsenal" həmişə kombinasiyalı oyuna, yerlə qısa ötürmələrə üstünlük verib. Arsen Vengerin vaxtında belə idi. Emerinin komandaları da texnikalı futbola üstünlük verir. "Arsenal"ın da oyun üslubu belədi. Belə deyim, komanda sırf ingilis futbolu oynamır. Əvvəl belə idilər, "vur qabağa" prinsipi ilə oynayırdılar. Amma "Arsenal"da indi oyun üslubu tam fərqlidi. Ümid edək ki, "Qarabağ"ımız gözəl oyunla bizləri sevindirəcək".

Sport7.az

Xəbər lenti