Muslera yaxın 3 ildə... – Qapıçı ilkə imza atır

Muslera yaxın 3 ildə... – Qapıçı ilkə imza atır

"Qalatasaray” uruqvaylı qapıçı Fernando Musleraya yeni müqavilə təklif edib.

Sport7.az xəbər verir ki, qapıçı maaşının azaldılmasına və "Qalatasaray”da daha üç mövsum oynamasına razı olub.

İndiyə qədər illik 3 milyon 575 min avro maaş alan qapıçı yeni müqavilə ilə 2,5 milyon avro qazanacaq.

Bundan başqa Muslera "Qalatasaray”ın birinci kapitanı olacaq. Səlcuk İnanın mövsümün sonunda karyerasını bitirməsiylə birinci kapitanlıq uruqvaylıya veriləcək. Bu isə o deməkdi ki, Muslera "Qalatasaray”ın tarixinə keçəcək. İndiyə qədər heç bir əcnəbi "sarı-qırmızılar”ın birinci kapitanı olmayıb.

Qeyd edək ki, Muslera "Qalatasaray”da 5 dəfə çempion olub, 4 dəfə Türkiyə kubokunu başı üzərinə qaldırıb. Superkubokdakı qələbələrin də sayı 4-ə bərabərdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR