MY Kavaniyə görə PSJ-yə 20 milyon avro ödəmək niyyətində deyil

MY Kavaniyə görə PSJ-yə 20 milyon avro ödəmək niyyətində deyil

Son günlərdə PSJ-nin hücumçusu Edinson Kavaninin adı "Mançester Yunayted" ilə birlikdə hallanırdı.

"Times Sport"-un xəbərinə görə, MY Kavaniyə görə PSJ-yə 20 milyon avro ödəməyə hazır deyil. Həmçinin "qırmızı şeytanlar" Kavaniyə həftəlik 360 min funt məvacib verməyi də planlaşdırmır.

"Mançester Yunayted" PSJ-nin və uruqvaylı futbolçunun maliyyə öhdəliklərini yerinə yetirmək niyyətində olmadığından, transferin reallaşması inandırıcı görünmür.

"Atletiko" və "Çelsi" Kavaninin xidmətində maraqlıdılar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR