MY rəhbərliyi Saul və Holandın transferləri üçün büdcə ayıracaq

MY rəhbərliyi Saul və Holandın transferləri üçün büdcə ayıracaq

"Mançester Yunayted"i sahibləri baş məşqçi Ole-Qunnar Sulşerə transfer bazarında dəstək verəcəklər.

"Daily Mail"in xəbərinə görə, norveçli mütəxəssis üçün transfer büdcəsi ayrılacaq. Hədəfdə "Atletiko"nun yarımmüdafiəçisi Saul Nyiqes və "Zaltsburq"un hücumçusu Erlinq Holand var.

"Yunayted"in mövsümün sonunda sözügedən futbolçuları heyətinə qatmağa cəhd edəcəyi bildirilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR