Nabil Fekirin La Liqa klubuna keçidi reallaşmaq üzrədi

Nabil Fekirin La Liqa klubuna keçidi reallaşmaq üzrədi

"Lion"un yarımmüdafiəçisi Nabil Fekir karyerasını İspaniyada davam etdirə bilər.

"RMC Sport"-un məlumatına görə, "Lion" Fekirin transferin detallarını müzakirə etmək üçün Sevilyaya yollanmasına razılıq verib.

Klubların yaxın iki gün ərzində keçidi razılaşdıracağı gözlənilir. "Betis" 26 yaşlı futbolçuya görə 20 milyon avro təklif etsə də, "Lion" 30 milyon tələb edir.

Ötən mövsüm 38 matçda meydana çıxan Fekirin aktivində 12 qol və 9 məhsuldar ötürmə var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR