Nadal:

Nadal: "33 yaşım var, gücümü qorumalıyam"

"Rolan Qarros"un qalibi Rafael Nadal "Herlinqem Klab"da keçirilən nümayiş xarakterli görüşdə Marin Çiliçə 0:2 (3:6, 3:6) hesabı ilə məğlub olub.

İspan raketka ustası görüşdən sonra fikirlərini bölüşüb:

"Bu il ilk dəfə idi ki, ot örtükdə korta çıxırdım. Mənim üçün bir az çətin idi.

"Uimbldon"u səbirsizliklə gözləyirəm. Bu tip matçlar hazırlığım üçün faydalıdı. "Uimbldon"dan əvvəl başqa bir turnirdə iştirak etməmək qərarına gəlmişəm. 33 yaşım var, gücümü qorumalıyam.

Günbəgün artırmağa çalışıram. Cümə günü daha da yaxşı olmaq üçün cəhd edəcəm".

Nadal cümə günü "Herlinqem"də daha bir matçda qüvvəsini sınayacaq.
 
Qeyd edək ki, mövsümün üçüncü "böyük dəbilqə" turniri olan "Uimbldon" iyulun 1-də start götürəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR