Nadal: "Ağlamaq istəyirəm"

Nadal:
Məşhur tennisçi Rafael Nadal Çin Açıq Tenis turnirində Lukas Pulleyi məğlub etdikdən sonra Kataloniyada referum zamanı baş verənlərlə bağlı açıqlamalar verib.

Sport7.az xəbər verir ki, Nadal "Ölkə olaraq dünyaya neqativ mesajlar verməkdəyik. Bu olayların yaşanması məni çox üzür. Dünyaya birləşmək mövzusunda örnək kimi göstərilən bir ölkənin durumunu görüncə ağlamaq istəyirəm. Biz sülh dolu bir ölkəyik" sözlərini işlədib. 

Tərəflər arasında ortaq məxrəcə gəlinə biləcəyini vurğulayan Nadal "Dialoq qurmaq bir çözüm yolu ola bilər. Oturub danışmaq və anlaşmaq günüdü. Biz bir bütünük" deyib.

Sport7.az

Xəbər lenti