Nadal:

Nadal: "Böyük dəbilqə" titullarının sayına görə hamını qabaqlamaq istəyirəm..."

Rafael Nadal "Böyük dəbilqə" titullarının sayına görə hamını qabaqlamaq istəyir. Amma bu, baş tutmasa belə, ispan raketka ustası məyus olmayacaq.

Rafa "US Open"in finalı ərəfəsində keçirilən mətbuat konfransında bu barədə sualı cavablandırıb:

- Karyeranızı bitirəndə "Böyük dəbilqə" titullarının sayına görə rekordçu olmaq sizin üçün önəmlidi?

- Bəli, önəmlidi. Amma həmişə dediyim kimi: karyeramızı hələ bitirməmişik. Hansısa turnirə yollananda titullar uğrunda mübarizə aparmaq fürsəti əldə etməyə çalışıram. Bu səfər bunu bacarmışam - əvvəllər "Vimbldon"da, "Avstraliya Open"də və ya "Rolan Qarros"da olduğu kimi. Bu, şəxsi xoşbəxtlikdi.

Bəzən qələbə qazanırsan, bəzən isə məğlubiyyətlə barışmalı olursan - idmanın qanunudu. Təbii ki, "Böyük dəbilqə" titullarının sayına görə hamını qabaqlamaq istəyirəm. Ancaq indiki halımda da rahat yata bilirəm.

Karyeramdan məmnunam. Etdiklərim məni qane edir. Sadəcə, özümə yeni fürsətlər yaratmağa davam edəcəm. Bazar günü daha bir şansım olacaq. Mənim kimi, rəqiblərim də oynamağa davam edir. Qələbə qazana bilsəm, əla olar. Əks təqdirdə isə ümid edirəm, gələcəkdə yenə əlimə bənzər şans düşəcək.

Həmişə deyirəm: rekord müəyyənləşdirmək istəyirəm. Ancaq kimsə məndən yaxşıdı deyə, buna görə məyus ola bilmərəm. Əlində olanlarla kifayətlənməli bacarmalı, bundan məmnunluq duymalısan. Yekunda hamını keçsəm, lap yaxşı, ancaq bu, belə olmasa da, azından biləcəm ki, əlimdən gələni etmişəm və alınmayıb.

Qeyd edək ki, hazırda kişilər arasında "Böyük dəbilqə" titullarının sayına görə Rocer Federer (20) liderdi. Rafael Nadal isə karyerası ərzində 18 dəfə BD zəfəri yaşayıb. İspan tennisçi sabah "US Open"in finalında Daniil Medvedyevlə qarşılaşacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR