Nadal:

Nadal: "Medvedyev bir neçə "Böyük dəbilqə" turnirinin qalibi olacaq"

"US Open"in qalibi Rafael Nadalın final matçından sonra mətbuat konfransı keçirilib:

"Matçın son 3 saatı çox gərgin keçdi. Həm psixoloji, həm də fiziki çətin idi. Sonda arenada göstərilən video, tribunaların reaksiyası mənim üçün çox xüsusi idi. Unudulmaz anlar idi. Bunda Daniilin də rolu az deyil. O, əsl çempion kimi mübarizə apardı. Gələcəkdə əlinə bir neçə belə şansın düşəcəyindən əminəm.

"Böyük dəbilqə" seriyalı turnirlərin dramatik sonluqla seçilən finalları unudulmaz olur. Bu final da mənim tennis hekayəmin bir parçası olacaq.

Çox xoşbəxtəm. Bu titul mənim üçün böyük məna ifadə edir. Çətin anlarda göstərdiyim oyundan çox məmnunam. Adətən, emosiyalarını gizlətməyə çalışan biriyəm, amma bugünkü qələbədən sonra bunu bacarmaq mümkünsüz idi. 

Daniilin 23 yaşı var. Bu il əla oynayır. Onu irəlidə böyük gələcək gözləyir - bundan əminəm. Təbii ki, Medvedyev bir neçə "Böyük dəbilqə" turnirinin qalibi olacaq. Düzdü, həyatda gələcəyi təxmin etmək çətindi. Ancaq indilik karyerasının gedişatı bunu göstərir".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR