Nadal və Federer 1/4 finalda

Nadal və Federer 1/4 finalda

İndian Uellsdə keçirilən turnirdə kişi tennisçilərin mübarizəsində 1/8 final final mərhələsinə yekun vurulub.

Dünya iki nömrəsi Rafael Nadal Filipp Krayinoviçlə qarşılaşıb. İlk setdə rəqibinin bir breykinə iki breyklə cavab verən Rafa hesabda önə keçib. İkinci setdə də bənzər ssenari təkrarlanıb. Nəticədə Nadal 1 saat 28 dəqiqəlik mübarizənin ardından Krayinoviçi 2:0 məğlub edərək, adını son 8 tennisçi sırasına yazdırıb.

ATP sıralamasında dördüncü olan Rocer Federer çətinlik çəkmədən Kayl Edmundu mübarizədən kənarlaşdırıb. 1/4 finala yüksələnlər sırasında Dominik Tim, Miloş Raoniç və Qael Monfis də var.


BNP Paribas Open

ATP Masters 1000

İndian Uells, ABŞ

1/8 final

Karen Xaçanov (Rusiya) - Con İzner (ABŞ) - 2:0 (6:4, 7:6)

Rafael Nadal (İspaniya) - Filipp Krayinoviç (Serbiya) - 2:0 (6:3, 6:4)

Rocer Federer (İsveçrə) - Kayl Edmund (Böyük Britaniya) - 2:0 (6:1, 6:4)

Dominik Tim (Avstriya) - İvo Karloviç (Xorvatiya) - 2:0 (6:4, 6:3)

Miloş Raoniç (Kanada) - Yan-Lennard Ştruff (Almaniya) - 2:0 (6:4, 6:3)

Hubert Hurkaç (Polşa) - Deniş Şapovalov (Kanada) - 2:1 (7:6, 2:6, 6:3)

Miomir Keçmanoviç (Serbiya) - Yoşihito Nisioka (Yaponiya) - 1:0 (6:4 - imtina)

Qael Monfis (Fransa) - Filipp Kolşrayber (Almaniya) - 2:0 (6:0, 6:2)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR