Nadaldan 11-ci çempionluq və rekord

Nadaldan 11-ci çempionluq və rekord
Fransa Açıq Tennis Turniri (Roland Qarros) tək kişilər finalında avstraliyalı Dominik Tiemi yenən Rafael Nadal, bu yarışdakı 11-ci çempionluğunu qazanıb. 
  
Sport7.az xəbər verir ki, Parisdə təşkil olunan mövsümün ikinci qrand slam tennis yarışının 15-ci və son günündə dünyanın 1 nömrəli tennisçisi Nadal finalda Tiemlə qarşılaşıb.
 
32 yaşlı ispaniyalı təxminən 2 saat 42 dəqiqə davam edən matçda rəqibini 3:0 (6:4, 6:3, 6:2) hesablı məğlubiyyətə uğradaraq karyerasının 11-ci Fransa Açıq çempionluğunu qazanıb. Bununla da yeni rekord müəyyənləşdirən Nadal açıq dönəmdə bir qrand slam turnirini ən çox qazanan idmançı olub. Nadal əldə etdiyi zəfərlə Avstraliya Açıqda 11-ci dəfə çempion olan Marqaret Kurtu yaxalayaraq, bütün zamanların rekorduna şərik olub.

Fransa Açıqla iki ildi yarımfinalda vidalaşan 24 yaşlı Tiem isə karyerasının ilk qrand slam çempionluğunu əldən verib.
 
Sport7.az

Xəbər lenti