Naomi Osaka:

Naomi Osaka: "Həkim "olmaz" desə belə, yəqin ki, oynayacam"

Naomi Osaka Sinsinnatidə keçirilən "Masters" seriyalı turnirin 1/4 finalı çərçivəsində Sofiya Keninlə oynanılan matçı sol dizindəki zədə səbəbindən axıra qədər davam etdirə bilməyib.

WTA reytinqinin lideri "US Open"i qaçırmaq ehtimalını istisna etməyib:

"Hazırda ayağımda nələrin baş verdiyini bilmirəm. Fizioterapevtdən oyuna davam edib-etməməli olduğum barədə soruşdum, çünki matçdan imtina etməkdən zəhləm gedir. Bir müddət işlər qaydasında getdi.

Düzü, oyundan imtina etmək, məncə, rəqibə qarşı hörmətsizlikdi. Bəlkə də, buna görə oynamağa davam etdim. Əslində, seti tamamlamaq istəyirdim, amma sonra vəziyyətin təhlükəli olduğunu dərk etdim.

"US Open"in başlamağına qısa müddət qalmış zədələnmək bərbaddı. Artıq özümü narahat hiss edirəm. Ötən il "US Open"də çempionluq yaşamışdım, indi isə sadəcə turnirdə iştirak etməyə çalışıram. Hazırda qələbə barədə heç düşünmürəm.

Az da olsa, turniri qaçırmaq ehtimalım var və bu, məni narahat edir. Amma yekunda həkim "olmaz" desə belə, yəqin ki, oynayacam".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR