Naomi Osaka marketinq potensialına görə bütün idmançıları qabaqlayır

Naomi Osaka marketinq potensialına görə bütün idmançıları qabaqlayır

"SportsPro" jurnalı idmançıları marketinq potensialına görə sıralayıb.

WTA-nın reytinq cədvəlinin lideri Naomi Osaka siyahıya başçılıq edir. Sıralamada tennis dünyasını təmsil edən Aleksandr Zverev (16), Dominik Tim (20), Sloun Stivens (36) və Əşli Barti (47) kimi isimlərə də rast gəlmək mümkündü.

Osaka sözügedən siyahıda birinci olan ilk asiyalıdı. Qadınlar arasında isə daha əvvəl sadəcə Öjeni Buşar (2015) ən yüksək marketinq potensialı olan idmançı seçilmişdi.

Qeyd edək ki, reytinq son 3 illik periodu əhatə edən 6 göstərici - gəlirlilik, yaş, yerli bazardakı vəziyyət, xarizma, marketinq proseslərinə maraq və idmandan kənar cəlbedicilik - əsasında hazırlanıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR