"Napoli" Ançelotti ilə yollarını ayırdı

"Napoli" baş məşqçi Karlo Ançelottini istefaya göndərib.

Klubun bəyanatında qeyd olunub: "Klub, prezident Aurelio De Laurentis və Karlo Ançelotti arasındakı dostluq münasibətləri və qarşılıqlı hörmət dəyişməz olaraq qalır".

Ötən gün "Napoli" "Qenk"i 4:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanmışdı. Neapol təmsilçisi hazırda İtaliya A Seriyasında 7-ci sırada qərarlaşıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR