"Napoli" bu futbolçu ilə 5 illik müqavilə bağladı

İtaliya A Seriyası təmsilçisi "Napoli" heyətini gücləndirib.
 
Sport7.az xəbər verir ki, klub Simyone Verdi ilə 5 illik müqavilə imzalayıb. Klubdan transfer qiyməti ilə bağlı açıqlama verilməsə də, İtaliya mətbuatı "Napoli"nin Verdiyə görə "Bolonya"ya 25 milyon avro ödəyəcəyini yazıb.
 
"Milan"ın aşağı yaş qruplarında yetişmiş 25 yaşlı futbolçu sonuncu dəfə "Bolonya"nın formasını geyib. O son mövsümdə meydana çıxdığı 34 matçda 10 qola imza atıb.
 
Sport7.az

Xəbər lenti