"Napoli" bu gün Qattuzonun təyinatını açıqlayacaq

"Milan"ın sabiq çalışdırıcısı Cennaro Qattuzo bu gün "Napoli"yə baş məşqçi təyin olunacaq.

"Sky Sport Italia"nın xəbərinə görə, Qattuzo "Napoli" ilə 6 aylıq müqavilə imzalayacaq. Neapol təmsilçisi mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə saziş bir il müddətinə uzadıla bilər.

41 yaşlı mütəxəssis cari mövsümdə 1,5 milyon avro, növbəti il isə 3 milyon avro məvacib alacaq.

Daha əvvəl Qattuzo "Fiorentina", "Cenoa" və "Sampdoriya"nın təkliflərini rədd etmişdi.

Qeyd edək ki, "Napoli" bu gün baş məşqçi Karlo Ançelottini istefaya göndərib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR