"Napoli" Qattuzo ilə anlaşıb

"Milan"ın sabiq baş məşqçisi Cennaro Qattuzo "Napoli"ni çalışdıra bilər.

"Sky Sport Italia"nın jurnalisti Canluka Di Martsionun xəbərinə görə, tərəflər artıq müqavilənin şərtlərini razılaşdırıblar. Saziş 1 il yarım müddətinə nəzərdə tutulub. Təyinatın yaxın həftələrdə rəsmiləşəcəyi gözlənilir.

Hazırkı baş məşqçi Karlo Ançelottinin adı PSJ, "Arsenal" və "Everton"la birlikdə hallanır.

15 turdan sonra "Napoli" İtaliya A Seriyasında 7-ci pillədə qərarlaşıb. Çempionlar Liqasında isə "neapollular" son tur ərəfəsində qrup ikincisidilər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR