"Napoli"dən baş məşqçisinə yeni təklif

"Napoli"nin baş məşqçisi Maurisio Sarri klubla müqavilənin müddətini uzada bilər.
 
Sport7.az xəbər verir ki, mütəxəssisin anlaşmasının 2020-ci ildə bitməsinə baxmayaraq rəhbərlik onu yeniləmək niyyətindədi. italiya mətbuatının yazdığına əsasən "Napoli"nin prezidenti Aurelio De Laurents 59 yaşlı məşqçi ilə əməkhaqqı və yeni müqavilənin detallarını müzakirə etmək üçün görüşüb.
 
Neapollular yeni müqaviləyə əsasən baş məşqçiyə 8 milyon avroluq təklif hazırlayıb. 
 
Müqavilənin müddətini 2021-ci ilə qədər uzatmq istəyən rəhbərlik italyan çalışdırıcıya illik 3 milyon maaş ödəmək istəyir.
 
Sport7.az

Xəbər lenti