"Napoli"nin futbolçusu Fransa klubuna transfer olunub

"Napoli"nin futbolçusu Arkadiuş Milikin "Marsel"ə keçidinin detalları açıqlanıb.

Sport7.az xəbər verir ki, italiyalı jurnalist Nikola Skira tvitter hesabından polşalı futbolçunun Liqa 1 təmsilçisi ilə 2025-ci ilədək müqavilə bağlayacağını yazıb. O bildirib ki, 27 yaşlı forvard yanvarın 19-da tibbi müayinədən keçdikdən sonra rəsmi sözləşməyə imza atacaq. "Napoli" bu keçiddən 8 milyon avro qazanacaq. Həmçinin Neapol təmsilçisinə bonus kimi əlavə 3 milyon avro da ödənilə bilər.

Arkadiuş Milikin adı cari mövsüm üçün "Napoli"nin iştirak ərizəsinə salınmayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR