“Naxçıvan Kuboku-95”ə start verilib

“Naxçıvan Kuboku-95”ə start verilib

AFFA-nın, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş "Naxçıvan Kuboku-95” beynəlxalq turniri keçirilir.
 
Sport7.az xəbər verir ki, 13-14 yaşlı futbolçulardan ibarət komandaların iştirak etdiyi turnirdə Özbəkistan iki -  "Qaraqalpaqıstan” və "Əndican” futbol akademiyaları ilə təmsil olunur. Digər iştirakçılar isə "Qarabağ”, "Rekord” və "Araz Naxçıvan”ın müvafiq yaş qrupundan ibarət komandalarıdır.
 
Dairəvi sistem üzrə üzrə keçirilən turnirə oktyabrın 18-də yekun vurulacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR