"Naxçıvana dəvət etdiyimiz klublar..." - Ceyhun Məmmədov

Mayın 26-dan etibarən Naxçıvanda Muxtar Respublikasında "Naxçıvan Kuboku" keçiriləcəyini xəbər vermişdik. 

Amma komandaların sayı və adları hələki məlum deyildi. Bu üzdən son məlumatları öyrənmək üçün yarışın təşkilat komitəsinin üzvlərindən olan Ceyhun Məmmədovla danışdıq. Ceyhun bəy Sport7.az-a açıqlamasında bunları söylədi:

"Hələ ki heç nə yoxdu. Bu günə, uzağı sabaha bilinər. Mən də  məsələ ilə bağlı səhər təşkilatçıların yanına getmişdim, bir şey yoxdu. Bir də mətbuatda yazılmışdı ki, guya Naxçıvan Kuboku keçirilməyəcək, filan. Elə söhbət yoxdu. Sadəcə, dəqiqləşməsini gözləyirik. Heç kim də turnirdən imtina etməyib. Daha doğrusu, dəvət etdiyimiz klublardan təsdiq məktubu gözləyirik. Sadəcə komandalardan bəzilərinin çempionat oyunları hələ bitməyib. Bəziləri "pley-off"da oynayır. Yoxsa, başqa problem yoxdu. Neçə komandaya dəvət göndərmişik? Vallah, onu deyə bilmərəm, çünki mən məşğul olmuram bununla".

Sport7.az

Xəbər lenti