"Nazarov biləndə ki, 50 min manat verilib, başlayıb mükafat davası etməyə"

Azərbaycanın tanınmış meneceri Erkin İbrahimov yığmamızın Çexiya ilə matçından sonra şəxsi "feysbuk" səhifəsində təəssüratlarını paylaşıb.
 
Sport7.az yetərincə maraqlı fikirlər bildirən Erkin bəyin həmin statusunu təqdim edir: 
 
Azərbaycan - Çexiya oyununda (və ümümiyətlə bu seçmə tsikldə) gördüklərim:

* Prosineçki konkret olaraq hamımızdan küsüb. AFFA rəhbərliyi imkan vermədi ki adam yayda Bursasporun başına keçib hər iki vəzifədə çalışsın. Getsəydi dünya dağılmazdı ki? Hiddink 6 ay həm Çelsidə həm Rusiya millisində çalışıb. Arada bizimkilərdən kimisə Bursaspora soxuşdurardıq (gülür). Hiss olundu ki Robi həm Qurbanov ilə həm Qriqorçuk ilə yersiz prinsip aparır. Qurban hoca Əfran ilə Rahidi oynatmır? Əsas heyətə salıb ona səhv olduğunu sübüt edəcəm! Mahir çempionatda 5 qol vurub? Mən də onu yox, Ruslan Qurbanovu oynadacam! Qriqorçuka da səhv yolda olduğunu sübüt edərəm! Məgər Qurbanov və ya Qriqorçuk öz özünə düşməndir? Ruslan yerli futbolçudur, faydalı olsaydı elə Qəbələdə oynayardı da! Mahir Mədətov hazırda əla formadadı. Onu start heyətinə necə salmamaq olardı?! Sonucda bəlli oldu ki Qurbanov ilə Qriqorçuk futbolçuların durumunu daha yaxşı bilir. Axı Prosineçki
heç çempionatı da izləmir…
 
*Nazarov bərbad çıxış etdi. Niyəsini bilmirsiszə deyim. Yadınızdadırsa, Nazarov Norvecdə bilərəkdən sarı alıb ki, Bakıya San-Marino ilə oyuna gəlməsin. Ancaq biləndə ki yığma üzvlərinə 50 min manat verilib başlayıb mükafat davası etməyə. Adam nə qədər düşüncəsiz olar ki, oynamadığı matçına görə mükafatın 50 faizinı istəsin! Cənab Prosineçki, Yılmazı yox, Nazarovu qovmaq lazım idi. Nazarov özünü "obijennı” apardı və özünü çox yormurdu. Budur Prosineçkinin "fəlsəfəsi”
 
*Formada olan bir başqa oyunçu da Təmkin Xəlilzadədı. Adam Zirədə oyunları təkbaşına udur. Ev oyununda onun kimi hücümü düşünən sol cinah müdafiəçisi oynamalı idi və ya Pavel Paşayev?
 
*Oyundan əvvəl dediklərimin hamısı sübüta yetirildi. Cavid Hüseynov hara, start 11-lik hara? Axı bu oyunçu indi optimal formada deyil. Yenə də, bunu bilmək üçün çempionat oyunlarını izləmək lazım idi, ay "daha yüksək səviyyədə çalışmaq istəyən mütəxəssis”!
 
*Oyunu bilərəkdən verdik ki, gələn il Millətlər Liqasında D divizionundan başlayaq? "Mehman Allahverdiyev oyun alıb, ancaq oyun satmayıb”! (gülür). Dostlar, bizim futbol başbilənlərimiz bir gün ilə yaşayır. Dübarə (Böyükağa Hacıyev style) oyunumuz Malta - Litva matçından tez başlamışdı. AFFA-dakılar istəyirdi ki yığma qələbə qazansın və tsiklı rekord ilə (13 xal) bitirək. Bu həm də bizə böyük ehtimal ilə qrupda azı 4-cü, çox güman isə 3-cü yer qazandırardı. İnkişaf, rekord, niyə də yox, oh yeah! Amma olmadı! Yenə 5-ci yer. 10 xal da ciddi uğur kimi sayılmamalıdı. Sadəcə ilk dəfə olaraq San-Marino kimi zəif rəqib ilə eyni qrupda yer aldıq, vəssalam.
 
*Prosineçkinin sabotajı? O da istəyirdi ki 13 xal yığaraq bu nailiyyəti öz CV-sinə yazdırsın. Le Guenın da Bursasporda işləri yaxşı getmir, komanda 9-cü sırada gedir. Bursaspor da olmasa, Azərbaycan kimi yığma ilə 13 xal qazanan məşqçi Bursaspordan da güclü komandalar üçün maraqlı bir variantdı. Adam sadəcə havalanıb, küsüb.
 
*Prosineçkinin Azərbaycanda qalmayacağı Rövnəq Abdullayedvən tutmuş tərcüməçi Aydın Rüstəmova qədər hamıya bəllidi. Robi inanır ki o çox güclü məşqçidi və özünün dediyi kimi, daha yüksək bir səviyyədə işləməlidi. İnanın mənə Prosineçki ilə anlaşan klub bədbəxt olacaq. Xorvat məşqçi gündəlik klub işi üçün yararlı deyil. Foqtsdan sonra Bəhmən Həsənov belə gəlsəydi milli komandanın oyununda müsbət irəlləyiş olacaqdı. Çünki Foqtsun rəhbərliyi altında komanda futbol deyil, 9-1 adlı bir oyunu oynayırdı. Ancaq tsiklın sonunda Azərbaycan yığması öz "zakonnı” 5-ci yerini tutdu. Beləcə bu 10 ilə nə dəyişdi ki?
İndi də hörmətli futbolsevərlər, diqqətlər ekrana. Sual: Davamlı nəticəsizliyə görə əsas günah sahibi kim sayılmalıdı? AFFA tərəfindən təyin olunmuş məşqçilər korpusu və ya həvəskarları udduqlarına federasiya tərəfindən görə 50 min premiya alan futbolçular?…
 
Sport7.az

Xəbər lenti